Hörmətli tərəfdaşlar,
30 oktyabr – 1 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində səhiyyə sektorunun aparıcı sənaye tədbiri – 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025” keçiriləcək!
“Medinex” sərgisi səhiyyə və tibb sahəsində regionun əsas platformalarından biri kimi, dövlət qurumları, özəl sektor nümayəndələri, tibb müəssisələrinin rəhbərləri, həkimlər, sahibkarlar və investorları bir araya gətirir.
Bu il sərgidə Azərbaycan, Belarus, Cənubi Koreya, Çin, Misir, Oman, Özbəkistan, Polşa, Qazaxıstan, Rusiya, Türkiyə və Ukraynadan 70-ə yaxın şirkət iştirak edəcək.
Tədbir çərçivəsində sizi aşağıdakılar gözləyir:
🔹 Tibb sahəsinin aktual mövzularını əhatə edən panel müzakirələri
🤝 Dövlət və özəl sektor nümayəndələri arasında B2B və B2G görüşlər
💄 Gözəllik sahəsini əhatə edən “Beauty Azerbaijan” sektoru üzrə təqdimatlar
Sərginin rəsmi dəstəkçiləri – TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,
Qızıl sponsor – Zeytun Pharmaceuticals şirkətidir.
Qeydiyyat üçün: https://medinex.az/az/get-the-ticket
Gəlin birlikdə səhiyyə sahəsindəki ən son yenilikləri kəşf edək və “Medinex 2025” sərgisinin bir parçası olaq!