Hörmətli izləyicilərimiz!
Sizi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialı, Health and Science İnitiatives və Health and Science Events birgə təşkilatçılığı ilə 27 aprel - 01 may 2026-cı il tarixlərində «TƏXİRƏSALINMAZ NEVROLOJİ VƏZİYYƏTLƏRİN İDARƏ OLUNMASI» mövzusunda mövzusunda əyani formatda təlimə dəvət edirik!
Kursun məqsədi:
Simulyasiya tədrisi vasitəsilə təxirəsalınmaz nevroloji vəziyyətlərin ilkin qiymətləndirilməsi, diferensial diaqnostikası və effektiv idarə olunması üzrə praktiki bacarıqların inkişaf etdirilməsidir.
📚 Proqramda öyrənəcəksiniz:
* Şüur səviyyəsinin fiziologiyası
* Huşun itirilməsinin əsas səbəbləri və ilkin qiymətləndirmə prinsipləri
* Koma və koma şkalalarının tətbiqi
* İşemik və hemorragik insultun idarə olunması
* Neyroradioloji qiymətləndirmə və ASPECTS scoring
Təlimçilər:
Dr. Aybəniz Murtuzova, MD, Herlev Universitet Xəstəxanasının Baş İnsult Mütəxəssisi, Avropa İnsult Magistri (European Stroke Master), İnsult və nevrologiya üzrə baş məsləhətçi, Kopenhagen, Danimarka
Dr. Mərziyyə Məmmədova Citomed Klinikasının nevroloqu, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və Klinik Neyrofizologiya kafedrasının assistenti, Bakı, Azərbaycan
Uzm. Dr. Mubariz Murtuzov Medera Hospital, Səudiyyə Ərəbistanı və Danimarka da ixtisaslaşmış beynəlxalq dərəcəli uzman həkim nevroloq, Azərbaycan Bakı, Azərbaycan
Dr. Nərminə Əzizova Milli Onkologiya Mərkəzi, Reanimasiya şöbəsinin müdiri, həkim anestezioloq-reanimatoloq, Bakı, Azərbaycan
Dr. Seyranə Mirzəyeva, Milli Onkologiya Mərkəzi, həkim anestezioloq-reanimatoloq, Bakı, Azərbaycan
Zərnigar Qumbatov, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-simulyasiya və akkreditasiya şöbəsi, baş mütəxəssis, Ali tibb bacısı/Simulyasiya tədrisi mütəxəssisi
Tarix: 27 aprel - 01 may 2026/ 5 gün
Saat: 09.00-17.00
Məkan: Bakı şəhəri, Azadlıq prospekti 112, BSM binası, C blok, 12-ci mərtəbə, Seçenov Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzi
Aidiyyatı olan ixtisaslar: nevroloq, anestezioloq-reanimatoloq, terapevt, qəbul şöbəsi və təcili tibbi yardım həkimləri və digər müvafiq ixtisaslar üzrə həkim rezidentlər
Ödənişlidir: 567AZN
Aparılan dil: Azərbaycan dili
DTT krediti: 42 DTT krediti
Sertifikat: verilir
Yerlər məhduddur: canlı 45 nəfər
Qeydiyyatın son günü: 25 Aprel 2026, 18.00-dək
Həkimlərin Davamlı Peşəkar İnkişafına dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.Bunun üçün tədbirdə iştirak edərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir.Sertifikat tədbir günü və ya tədbirdən sonra, canlı və yaxud onlayn şəkildə ( və ya hər iki şəkildə) təqdim edilə bilər, bu seçimlər təşkilatçı tərəfindən təyin olunur.Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.