SÜNİ İNTELLEKTİN NEYRORADİOLOGİYA VƏ KLİNİK NEVROLOGİYADA TƏTBİQİ

Hörmətli izləyicilərimiz!

Sizi Nevroloqların Milli Assosiasiyasının təşkilatçılığı, Health and Science Initiatives və Health and Science Events təşkilati dəstəyi ilə 14 sentyabr – 30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək “SÜNİ İNTELLEKTİN NEYRORADİOLOGİYA VƏ KLİNİK NEVROLOGİYADA TƏTBİQİ” mövzusunda 12 dərsdən ibarət CME/CPD təlim proqramına dəvət edirik!

Kursun məqsədi

Neyroradioloji görüntülərin müasir interpretasiyası üzrə nəzəri bilik və praktik bacarıqların təkmilləşdirilməsi, süni intellekt texnologiyalarının tibbi görüntüləmədə və klinik nevrologiyada tətbiqi imkanlarının öyrənilməsi, radioloji nəticələrin klinik qərarverməyə inteqrasiyası və müxtəlif nevroloji xəstəliklərdə müasir görüntüləmə yanaşmalarının mənimsənilməsidir.

Təlim nəzəri mühazirələr, real radioloji və klinik hallar, interaktiv müzakirələr və praktik nümunələr əsasında keçiriləcək.

📚 Proqramda öyrənəcəksiniz:

  • Süni intellekt, Machine Learning və Deep Learning-in əsas prinsipləri;
  • AI-nin neyroradiologiyada və tibbi görüntülərin emalında tətbiqi;
  • KT və MRT görüntülərinin avtomatlaşdırılmış analizi;
  • AI nəticələrinin klinik interpretasiyası və qərarvermədə istifadəsi;
  • İşemik insultda KT, MRT, perfuziya və angioqrafiya protokolları;
  • AI əsaslı insult görüntü analizi;
  • Kəskin insultda radioloji nəticələrin klinik qərarverməyə inteqrasiyası;
  • Beyin MRT protokolları, struktur və funksional MRT;
  • Avtomatik seqmentasiya;
  • MS, NMOSD və MOGAD zamanı neyroradioloji yanaşma;
  • Beyin şişlərinin neyroradiologiyası, perfuzion MRT və spektroskopiya;
  • Neyroonkologiyada AI əsaslı görüntü analizi;
  • Parkinsonizm, atipik parkinsonizm və demensiyalarda radioloji biomarkerlər və differensial görüntüləmə;
  • Travmatik beyin və onurğa beyni zədələrinin, beyindaxili qansızmaların təcili radioloji diaqnostikası;
  • AI əsaslı klinik qərar dəstək sistemləri;
  • Süni intellektin nevroloqun gündəlik praktikasına inteqrasiyası;
  • AI-nin tibbdə etik, hüquqi və pasiyent təhlükəsizliyi aspektləri;
  • Mürəkkəb klinik-radioloji halların multidissiplinar təhlili.

Tədris formatı

  • İnteraktiv mühazirələr;
  • Real klinik və radioloji keyslərin təhlili;
  • Praktik görüntü interpretasiyası;
  • Multidissiplinar müzakirələr;
  • Pre-test və Post-test;
  • Təlimçilərlə sual-cavab sessiyaları.

Təlimçilər

Prof. Dr. Nuran Abdullayev – tibb elmləri doktoru, dosent, GFO Kliniken Troisdorf xəstəxanasının Radiologiya, Neyroradiologiya və Nüvə Təbabəti Departamentinin rəhbəri (Chefarzt), Azərbaycan Texniki Universitetinin Biotibbi Mühəndislik İnstitutunun direktoru, professor, DeGIR/DGNR Minimal İnvaziv İnsult Terapiyası üzrə sertifikatlı mütəxəssis.

Ms., Dr. Aybəniz Murtuzova – Rigshospitalet Universitet Xəstəxanasının Beyin və Onurğa Beyni Zədələri Departamentinin baş həkimi, Avropa İnsult Magistri (European Stroke Master), insult və nevrologiya üzrə baş məsləhətçi, Kopenhagen, Danimarka.

Dr. Mərziyyə Məmmədova – Citomed Klinikasının nevroloqu, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və Klinik Neyrofiziologiya kafedrasının assistenti, Bakı, Azərbaycan.

 

Proqram

 

Təlim haqqında məlumat

Tarix: 14 sentyabr – 30 oktyabr 2026-cı il
Saat: 09.00-18.00
Məkan: Online platforma

Aidiyyatı olan ixtisaslar: nevroloqlar, radioloqlar, uşaq nevroloqları, neyrocərrahlar, həkim-rezidentlər və neyrovizualizasiya ilə klinik praktikada çalışan digər müvafiq tibb mütəxəssisləri.

Ödənişlidir: Həkimlərə- 420AZN, rezidentlərə 370AZN
Aparılan dil: Azərbaycan dili
DTT krediti: 48DTT kredit balı 
Sertifikat: verilir
Yerlər məhduddur: canlı 50 nəfər
Qeydiyyatın son günü: 14 senyabr 2026, 15.00-dək

📌 Yerlər məhduddur.

Tədbirin şərtləri

Həkimlərin Davamlı Peşəkar İnkişafına dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.Bunun üçün tədbirdə iştirak edərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir.Sertifikat tədbir günü və ya tədbirdən sonra, canlı və yaxud onlayn şəkildə ( və ya hər iki şəkildə) təqdim edilə bilər, bu seçimlər təşkilatçı tərəfindən təyin olunur.Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.