Hörmətli izləyicilərimiz!
Sizi Nevroloqların Milli Assosiasiyasının təşkilatçılığı, Health and Science Initiatives və Health and Science Events təşkilati dəstəyi ilə 14 sentyabr – 30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək “SÜNİ İNTELLEKTİN NEYRORADİOLOGİYA VƏ KLİNİK NEVROLOGİYADA TƏTBİQİ” mövzusunda 12 dərsdən ibarət CME/CPD təlim proqramına dəvət edirik!
Kursun məqsədi
Neyroradioloji görüntülərin müasir interpretasiyası üzrə nəzəri bilik və praktik bacarıqların təkmilləşdirilməsi, süni intellekt texnologiyalarının tibbi görüntüləmədə və klinik nevrologiyada tətbiqi imkanlarının öyrənilməsi, radioloji nəticələrin klinik qərarverməyə inteqrasiyası və müxtəlif nevroloji xəstəliklərdə müasir görüntüləmə yanaşmalarının mənimsənilməsidir.
Təlim nəzəri mühazirələr, real radioloji və klinik hallar, interaktiv müzakirələr və praktik nümunələr əsasında keçiriləcək.
📚 Proqramda öyrənəcəksiniz:
Tədris formatı
Təlimçilər
Prof. Dr. Nuran Abdullayev – tibb elmləri doktoru, dosent, GFO Kliniken Troisdorf xəstəxanasının Radiologiya, Neyroradiologiya və Nüvə Təbabəti Departamentinin rəhbəri (Chefarzt), Azərbaycan Texniki Universitetinin Biotibbi Mühəndislik İnstitutunun direktoru, professor, DeGIR/DGNR Minimal İnvaziv İnsult Terapiyası üzrə sertifikatlı mütəxəssis.
Ms., Dr. Aybəniz Murtuzova – Rigshospitalet Universitet Xəstəxanasının Beyin və Onurğa Beyni Zədələri Departamentinin baş həkimi, Avropa İnsult Magistri (European Stroke Master), insult və nevrologiya üzrə baş məsləhətçi, Kopenhagen, Danimarka.
Dr. Mərziyyə Məmmədova – Citomed Klinikasının nevroloqu, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və Klinik Neyrofiziologiya kafedrasının assistenti, Bakı, Azərbaycan.
Təlim haqqında məlumat
Tarix: 14 sentyabr – 30 oktyabr 2026-cı il
Saat: 09.00-18.00
Məkan: Online platforma
Aidiyyatı olan ixtisaslar: nevroloqlar, radioloqlar, uşaq nevroloqları, neyrocərrahlar, həkim-rezidentlər və neyrovizualizasiya ilə klinik praktikada çalışan digər müvafiq tibb mütəxəssisləri.
Ödənişlidir: Həkimlərə- 420AZN, rezidentlərə 370AZN
Aparılan dil: Azərbaycan dili
DTT krediti: 48DTT kredit balı
Sertifikat: verilir
Yerlər məhduddur: canlı 50 nəfər
Qeydiyyatın son günü: 14 senyabr 2026, 15.00-dək
📌 Yerlər məhduddur.
Həkimlərin Davamlı Peşəkar İnkişafına dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.Bunun üçün tədbirdə iştirak edərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir.Sertifikat tədbir günü və ya tədbirdən sonra, canlı və yaxud onlayn şəkildə ( və ya hər iki şəkildə) təqdim edilə bilər, bu seçimlər təşkilatçı tərəfindən təyin olunur.Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.