Hörmətli və dəyərli izləyicilərimiz!
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Milli Nevroloqlar Assosasiyası və Health and Science İnitiatives MMC-nin birgə təşkilatçılığı ilə 18 noyabr 2022-ci ildə “NEVROLOJİ AĞRI SİNDROMLARI” elmi-praktiki konfransı keçirilib.
Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu, Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri Prof. Rəna Şirəliyeva, Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının Prezidenti, Azərbaycan Tibb Universiteti Nevrologiya kafedrasının müdiri Prof. Aytən Məmmədbəyli və Kazan Dövlət Tibb Universitetinin Nevrologiya, Neyrocərrahiyyə və Tibbi Genetika Kafedrasının müdiri Prof. Yakupov Eduard Zakirzyanoviç bu konfransda məruzəçi qismində çıxış etmişdirlər. Elmi-praktiki konfransda nevroloji ağrı sindromlarının sübuta əsaslanmış diaqnostikası, nevroloji ağrı sindromlarında noninvaziv ağrıkəsici strategiyalar. Yeni baxış və ağrının müasir müalicə alqoritmləri: effektivlik və təhlükəsizliyə vurğu mövzuları barədə geniş məruzələr edilmişdir.
Konfransda 100-ə yaxın həkim iştirak etmişdir. Sonda konfrans iştirakçıları sertifikatlarla və 5 Davamlı Tibbi Təhsil (DTT) kredit balı qazanıblar. Konfransdan görüntüləri sizlərə təqdim edirik: