Hörmətli və dəyərli izləyicilərimiz!
17 sentyabr 2022-ci il tarixində Rövşən Həsənovun Nevrologiya Klinikası və Health and Science Initiatives nəzdində Azərbaycan Nevroloqlar Klubunun birgə təşkilatçılığı ilə “Nevrologiya Şənbə Seminarları” keçirilib. 17 sentyabrda baş tutan seminarın təşkilinin məqsədi nevroloqların motoneyron xəstəliklərinə dair bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu sahədə onları müasir yeniliklərlə və müalicə üsulları ilə tanış etmək olub.
R. Həsənovun Nevrologiya Klinikasının rəhbəri, ADHTİ-nin nevrologiya və klinik neyrofiziologiya kafedrasının Professoru, Rövşən Həsənov Hərəki neyronun zədələnmələrinin ümumi xüsusiyyətləri barədə məlumat verdikdən sonra, R. Həsənovun Nevrologiya Klinikasının əməkdaşları Dr. Ayna Rəsulova, Dr. Nurlana Ağayeva və Dr. İlahə Əzizova, ELLAB klinikasının həkim-genetiki Dr. Cəlal Qərəsuran məruzəçi qismində çıxış etmişdirlər.Onlar bu xəstəliklərin diaqnostikasına dair pasientlərin kliniki halları və video materialları ilə zəngin, eləcə də bu xəstəliklər zamanı genetik analizlər barədə geniş məruzə etmişdirlər. Seminarda 70-yə yaxın həkim iştirak etmişdir. Seminardan görüntüləri sizlərə təqdim edirik.Tədbirdən sonra bütün iştirakçılara sertifikat təqdim edildi.