Hörmətli və dəyərli izləyicilərimiz!
28 yanvar 2023-cü il tarixində Rövşən Həsənovun Nevrologiya Klinikası və Health and Science Initiatives nəzdində Azərbaycan Nevroloqlar Klubunun birgə təşkilatçılığı ilə “ Nevrologiya Şənbə Seminarları Epizod III “Bütün tunnel sindromları” seminarı keçirilib. Seminarın məqsədi nevroloqların funksional nevroloji sindromların xüsusiyyətlərini, differensiasiyasını və müalicə üsullarını müzakirə etməklə, bu sahədə onları müasir yeniliklər ilə tanış etmək olub.
R. Həsənovun Nevrologiya Klinikasının rəhbəri, ADHTİ-nin nevrologiya və klinik neyrofiziologiya kafedrasının professoru, Rövşən Həsənov Tunnel sindromlarının mahiyyəti barədə məlumat verdikdən sonra, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktoru Tunnel sindromlarının radioloji və ENMQ diaqnostikası və Tunnel sindromlarının medikamentoz, fizioterapevtik və reabilitasiya müalicəsi mövzusunda  çıxış etmişdir. Baku Medical Plazanın nevroloqu T.ü.f.d. Dr. Nərgiz Ağayeva, Bakı Bərpa Mərkəzi, Neyrocərrahiyyə xəstəxanasını neyrocərrahı Dr. Bəhruz Eyvazov və Olimp Hospitalın nevroloqu Dr. Ramil Əfəndiyevdə bu seminarda . məruzəçi qismində çıxış etmişdirlər. . Onlar bu xəstəliklərin diaqnostikasına dair pasientlərin kliniki halları və video materialları ilə geniş məruzə etmişdirlər. Seminarda 60-a yaxın həkim və tibb işçisi iştirak etmişdir. Seminardan görüntüləri sizlərə təqdim edirik.