Hörmətli və dəyərli izləyicilərimiz!
26 noyabr 2022-ci il tarixində Rövşən Həsənovun Nevrologiya Klinikası və Health and Science Initiatives nəzdində Azərbaycan Nevroloqlar Klubunun birgə təşkilatçılığı ilə “NEVROLOGİYA ŞƏNBƏ SEMİNARLARI. FUNKSİONAL NEVROLOJİ POZULMALAR: NEVROLOGİYA YAXUD PSİXİATRİYA ?” seminarı keçirilib. Seminarın məqsədi nevroloqların funksional nevroloji sindromların xüsusiyyətlərini, differensiasiyasını və müalicə üsullarını müzakirə etməklə, bu sahədə onları müasir yeniliklər ilə tanış etmək olub.
R. Həsənovun Nevrologiya Klinikasının rəhbəri, ADHTİ-nin nevrologiya və klinik neyrofiziologiya kafedrasının professoru, Rövşən Həsənov Hərəki Funksional nevroloji pozulmaların ümumi müalicə prinsipləri barədə məlumat verdikdən sonra, R. Həsənovun Nevrologiya Klinikasının əməkdaşları Dr. Nurlana Ağayeva, Dr. İlahə Əzizova və Dr. Ayna Əskərova, Azərbaycan Tibb Universiteti, Psixiatriya Kafedrasının psixiatrı Dosent Araz Manucehri t.ü.f.d. məruzəçi qismində çıxış etmişdirlər. Onlar bu xəstəliklərin diaqnostikasına dair pasientlərin kliniki halları və video materialları ilə geniş məruzə etmişdirlər. Seminarda 70-yə yaxın həkim iştirak etmişdir. Seminardan görüntüləri sizlərə təqdim edirik.